Tramp tərəfdarları 10-dan çox ştatda ona dəstək aksiyası keçirib

tramp-terefdarlari-10-dan-cox-statda-ona-destek-aksiyasi-kecirib
Oxunma sayı: 899

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları 10-dan çox ştatda ona dəstək aksiya keçiriblər. “Qafqazinfo” bildirir ki, bu barədə “Associated Press” agentliyi xəbər verib.

Nümayişlər Arizona, Vaşiqnton, Viskonsin, Havay, Corciya, Kaliforniya, Kanzas, Kolorado, Nevada, Nyu-Meksiko, Ohayo, Oklahoma, Oreqon, Cənubi Karolina və Yuta ştatlarında baş tutub.

Manifestantlar Trampın 2020-ci ilin noyabrında keçirilmiş prezident seçkilərinin qalibi kimi tanınmasını tələb edirdilər. Aksiyalar əsasən dinc idi, yalnız bir neçə nəfər saxlanılıb.

Trampın prezidentlik müddəti yanvarın 20-də başa çatır, elə həmin gün demokrat Cozef Baydenin andiçmə mərasimi keçiriləcək.