ABŞ prezidenti Donald Tramp ölkənin 3 şəhərində terror hadisəsi törədənlərə edam cəzasının verilməsini istəyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp artıq bu barədə Ədliyyə Nazirliyinə göstəriş verdiyini deyib. Onun sözlərinə görə, artıq ekstremistlərə yalnız bu cür cəza münasib ola bilər:
“Bundan başqa, insan alveri, narkotik vasitələrin qanunsuz alveri və digər cinayətkar məqsədlərlə istifadə olunan internet resurslarına xüsusi diqqət ayrılmalıdır”.
Xatırladaq ki, El-Paso, Dayton və Çikaqoda insanlara açılan atəş nəticəsində 31 nəfər ölüb, 49 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər