Tramp Vaşinqton küçələrinə tankları çıxaracaq

tramp-vasinqton-kucelerine-tanklari-cixaracaq
Oxunma sayı: 1181

Vaşinqton küçələrində tankların nümayişi keçiriləcək. “Qafqazinfo”nun “CNN”ə istinadən verdiyi xəbərə görə, belə bir vədi vətəndaşlara Prezident Donald Tramp verib.

Onun sözlərinə görə, bu, ABŞ-ın 4 iyul Müstəqillik Günü ilə əlaqədar keçiriləcək təntənəli paradı zamanı baş tutacaq.

Qeyd olunur ki, ümumilikdə 870 min dolların sərf olunacağı tədbirdə tanklarla yanaşı, digər zirehli maşınlar, eləcə də “Northrop B-2 Spirit” döyüş təyyarələri və “F-22” qırıcıları iştirak edəcək.

Bundan əlavə, təyyarələrin səmada şousu göstəriləcək.