Tramp və CNN arasında “savaş” böyüyür - Prezidentdən sərt cavab

tramp-ve-cnn-arasinda-savas-boyuyur
Oxunma sayı: 1334

ABŞ prezidenti ilə qarşılıqlı anlaşmazlıq içində olan CNN telekanalı media nümayəndələri üçün “Ağ Ev”də təşkil ediləcək ənənəvi Yeni il tədbirinə qatılmayacağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada CNN-in bir nümayəndəsinin “Ağ Ev”ə gedəcəyi, uyğun görəcəyi təqdirdə xəbər hazırlayacağı bildirilib.

Bu açıqlamaya D.Tramp tvitterdən sərt cavab verib:

“Gözəl. Biz də yalan xəbər CNN-i boykot etməliyik. Onlarla razılaşmağa çalışmaq tamamilə vaxt itkisidir”.