Amerika prezidenti Donald Trampın il ərzində səyahətlərə sərf etdiyi məbləğ sələfi Barak Obamanın 8 illik xərcələrini üstələyəcək.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, prezidentliyin ilk 80 günündə Trampın Floridadakı şəxsi klubuna səfəri 20 mln. dollara başa gəlib. O, Palm-Biçdəki Mar-a-laqo iqamətgahında 6 günü istirahətə ayırmaqla 21 gün keçirib. Bütün bu səfərlərə təxminən 21,6 mln. dollar xərcələnib.
Donald Trampla müqayisədə Baraka Obama 8 il ərzində səfərlərə 97 mln. dollar sərf edib. Bura iş və şəxsi səfərlər daxildir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər