ABŞ prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Petro Poroşenko arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuatı katibi məlumat yayıb.
Tərəflər söhbət zamanı iki ölkə arasındakı problemləri və əməkdaşlıqla bağlı sualları müzakirə ediblər.
Bundan əlavə prezidentlər Donbasdakı vəziyyətin nizamlanması və sülhə nail olunması barədə fikir mübadiləsi aparıblar.
Ukrayna lideri Petro Poroşenko həmçinin, Trampa ölkəsinin suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək üçün də təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər