ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser Tvitter hesabında məlumat yayıb.
Telefon danışığı zamanı Oval kabinetdə vitse-prezident Mayk Pens, Ağ Ev aparatının rəhbəri Rayns Pribas, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və strateji məsələlər üzrə müşaviri Stiven Bennon da iştirak edib.
O, prezidentin söhbət zamanı çəkilmiş şəklini də dərc edib.
Qeyd edək ki, tərəflər arasında telefon danışığı 50 dəqiqə davam edib.
Bu gün Donald Tramp həmçinin Almaniya kansleri Angela Merkel və Yaponiyanın baş naziri Sindzo Abe ilə telefon danışığı keçirib.
Son xəbərlər
Son Xəbərlər