Tramp vidalaşdı

Tramp vidalaşdı
Oxunma sayı: 2363

ABŞ Prezidenti Donald Tramp vida nitqi ilə çıxış edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, Cozef Bayden administrasiyasının hakimiyyətə gəlişini qəbul edib və onlara uğurlar arzulayıb:

“Bu həftə biz yeni administrasiyanın inauqurasiya mərasimini keçiririk və mən ona Amerikanın təhlükəsizliyinin və çiçəklənməsinin qorunub saxlanılmasında müvəffəqiyyət qazanması üçün dua edirəm”.

Tramp Konqres binasına edilən hücumdan da danışıb:

“Bütün amerikalılar Kapitoliyə hücuma görə dəhşətə gəlmişdilər. Siyasi zorakılıq – amerikalıların şərəflə qoruduqları hər bir şeyə hücum deməkdir. Bununla heç vaxt barışmaq olmaz”.

Qeyd edək ki, bu gün ABŞ-ın yeni seçilən Prezidenti Cozef baydenin andiçməsi olacaq.