Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp Ohayo ştatından senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq president “Truth” sosial şəbəkəsində yazıb:
“Çox fikirləşdikdən sonra qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır”.