Donald Tramp hakimiyyətə gəldikdən sonra işdən çıxarılan Fedaral Təhqiqat Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komi bu dəqiqələrdə ABŞ Konqresində ifadə verir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Komi Trampın onun haqqında şər-böhtan atdığını və FTB haqqında yalan danışdığını söyləyib.
C.Komi vəzifədə oduğu müddətdə Rusiya ilə bağlı həyata keçirilən istintaq araşdırmasında Trampın adının yer almadığını da deyib.
Qeyd edək ki, Komi bu il mayın 10-da vəzifədən çıxarılıb. Onun Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı aparılan istintaqın gedişində işdən çıxarılması cəmiyyətdə birmənalı qarşılanmamışdı.
Tramp Komi haqqında “İşini düzgün yerinə yetirmirdi” deyə açıqlama vermişdi:
“Komi hər kəsin etibarını itirmişdi. Hər şey normala qayıtdığında bu qərarımdan ötrü hər kəs mənə təşəkkür edəcək”.
Son xəbərlər
Son Xəbərlər