ABŞ-ın yeni prezidenti Donald Tramp və Yaponiya baş naziri Sindzo Abenin görüşəcəyi vaxt dəqiqləşib.
“Qafqazinfo” “Yomiuri”yə istinadən xəbər verir ki, görüş fevralın 10-da Vaşinqtonda baş tutacaq.
Tərəflərin Trans Sakit Okean Əməkdaşlığı Təşkilatının taleyini müzakirə edəcəyi güman edilir.
Xatırladaq ki, Tramp ABŞ-ın sözügedən təşkilatdan çıxması üçün addımlar atacağını bildirmişdi.
Qeyd edək ki, fevralın 3-də ABŞ müdafiə naziri Ceyms Mettis Yaponiyada həmkarı Tomoi İnado ilə görüşəcək.
Son xəbərlər
Son Xəbərlər