Tramp yaralı konqresmenə baş çəkib

tramp-yarali-konqresmene-bas-cekib
Oxunma sayı: 703

ABŞ prezidenti Donald Tramp silahlı hücuma məruz qalan konqresmen Stiv Skalizə baş çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  “Associated Press” agentliyi məlumat yayıb.

Tramp və xanımı Melaniya xəstəxanada müalicə olunan konqresmenin vəziyyəti ilə maraqlanıblar.

Konqres üzvünün ağır vəziyyətdə olduğunu bildirən prezident, insanları ona dua etməyə çağırıb.

Qeyd edək ki, ötən gün Virciniya ştatının Aleksandriya şəhərində S. Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi və daha bir neçə nəfər yaralanıb. 66 yaşlı cinayətkar polislə atışmada yaralanıb və xəstəxanada keçinib.