Tramp yenə gündəmdə - Köməkçisinə öpüb-qucaqlayaraq vida etdi+ Fotolar

tramp-yene-gundemde
Oxunma sayı: 5910

Ağ Evin kommunikasiya üzrə direktoru Houp Hiks fevralda istefa verəcəyini açıqlayaraq bu həftə öz postunu tərk edib. 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Hiksi Ağ Evi tərk edərkən prezident Donald Tramp müşayiət edib. ABŞ lideri ilə Hiksin vidası heş də rəsmi olmayıb. Belə ki, o keçmiş köməkçisinin yanağından öpərək səmimi şəkildə yola salıb və bu an fotoqrafların obyektivinə tuş gəlib.

Məlumata görə, H. Hiksin birinci xanım İvanka Trampla mehriban münasibətləri olub, Trampın özü də ona etibar edib. Mətbuatda Hiksi dövlət başçısının “qeyri-rəsmi qızı” kimi təqdim ediblər. Hətta KİV-də Trampın gənc və cazibədar əməkdaşına göz qoyduğuna dair xəbərlər də yayılıb.

Hələ ki, Houp Hiksin yerinə kimin gələcəyi bilinmir. “CNN telekanalının məlumatına görə, D. Tramp bu posta əsas müşaviri Kellienn Konueyi gətirə bilər.