ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ağ Evin keçmiş rəhbəri özü məlumat verib.
Zelenski ilə görüşün baş tutub-tutmayacağı ilə bağlı suala “Yəqin ki, bəli”, - deyə Tramp cavab verib.
Lakin respublikaçı mümkün görüşlə bağlı heç bir təfərrüatı açıqlamayıb.
Qeyd edək ki, Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Daha əvvəl də Ukrayna lideri sentyabrda qələbə planını həm ABŞ Prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və Donald Trampa təqdim edəcəyini açıqlamışdı.