Trampa 5 ayda ikinci zərbə, o da istefa verdi

trampa-5-ayda-ikinci-zerbe-o-da-istefa-verdi
Oxunma sayı: 709

ABŞ prezidenti Donald Trampın kommunikasiya məsələləri üzrə direktoru Maykl Dabk istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu, Trampın postunda olduğu beş ay ərzində ikinci böyük istefadır. 47 yaşlı Dabk 3 ay əvvəl Ağ Evdəki vəzifəsinə təyin olunmuşdu. 

Xatırladaq ki, Rusiya ilə gizli görüşlər həyata keçirən Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Filinn vəzifəsinin icrasına başladıqdan 3 həftə sonra istefa vermək məcburiyyətində qalmışdı.