Trampa növbəti zərbə - O da istefa verdi

trampa-novbeti-zerbe
Oxunma sayı: 2773

ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Bossert istefa verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında bildirilir.

Açıqlamada Trampın müşavirinə vəzifəsi müddətində yüksək iş fəaliyyətinə görə minnətdarlıq edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 20-də prezident postuna gələn D. Tramp bugünə qədər XİN rəhbəri, ədliyyə naziri, milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmaqla bir neçə komanda üzvünü itirib.