İtaliyan idman jurnalisti Marko Violinin ABŞ-nin sabiq prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli qismində adı hallanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisənin baş verdiyi şəhərin Polis Departamenti bununla bağlı məlumat yayıb.
“Trampa atəş açan şəxs hadisə yerində həbs edilib və onun Antifa hərəkatının üzvü Mark Violets olduğu müəyyən edilib”, - deyə qeyd olunub.
Xəbərə italyan jurnalist Marko Violinin fotoşəkili əlavə edilib.
Violi isə öz növbəsində hadisəni belə şərh edib: “Bu sui-qəsddə iştirakımı qəti şəkildə inkar edirəm. Məni ittiham edənlərlə məhkəmədə görüşəcəyik”.
Son xəbərlər
Son Xəbərlər