Trampdan Ərdoğana önəmli zəng

trampdan-erdogana-onemli-zeng
Oxunma sayı: 693

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə əlaqə saxlayıb.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, Amerika lideri Ərdoğanı referendum seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələrinə əsasən, 51 faiz “evet”lə konstitusiyaya təklif edilən dəyişikliklər qəbul edilib və ölkə prezident respublikasına keçid yolunda əsas addımı atıb.