Trampdan gözlənilməz 11 sentyabr açıqlaması - “İraq etməyib”

trampdan-gozlenilmez-11-sentyabr-aciqlamasi
Oxunma sayı: 3050

ABŞ prezidenti Donald Tramp 11 sentyabr hadisələri ilə bağlı gözlənilməz açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, “ABC News”a müsahibə verən  Tramp 2001-ci ildə “Əl-Qaidə”nin təşkil etdiyi terror hücumunun arxasında kimin dayandığını bildiyini deyib: “Bunu edən İraq deyildi. Başqa adamlardı. Düşünürəm ki, onların kim olduğunu bilirəm. Bəlkə sən də bilirsən.

ABŞ-ın Yaxın Şərqə getmək və hərbi müdaxilə etmək üçün ölkə tarixində verilmiş ən pis qərarı idi. Qorxunc qərar idi, qorxunc...”.