Trampdan İran prezidentinə məsləhət - “Ehtiyatlı ol”

trampdan-iran-prezidentine-meslehet
Oxunma sayı: 3071

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhanini sözlərində ehtiyatlı olmağı məsləhət görüb.

 “Qafqazinfo” “RİA Novosti” istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərin sualını cavablandıran zaman bildirib.

“Yaxşısı budur o, sözlərində ehtiyatlı olsun”,-deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, İslam inqilabının 38-ci ildönümü münasibətilə keçirilən bayram tədbirdə prezident Həsən Ruhani İrana hədə-qorxu gələnlərin, buna görə peşman olacağını söyləyib.

Qeyd edək ki, Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə ABŞ və İran arasında münasibətlər gərginləşib.