Trampdan Koreya liderlərinin görüşünə münasibət - “Nəticəsi sonra bilinəcək”

trampdan-koreya-liderlerinin-gorusune-munasibet
Oxunma sayı: 1765

ABŞ prezidenti Donald Tramp Şimali və Cənubi Koreya liderləri arasında baş tutan görüşü yüksək qiymətləndirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Tramp bu barədə tvitter hesabından açıqlama yayıb.

O bildirib ki, yaxşı işlər gedir, ancaq bunun konkret nəticələri bir müddət sonra müşahidə olunacaq:

“Bir-birilərinə güclərini göstərmək üçün çox sayda nüvə sınağı reallaşdırdıqdan sonra Şimali və Cənubi Koreya arasında tarixi görüş reallaşdırıldı. Atılan addımlar Koreya münaqişəsinin sona çatdığını göstərir”.

Qeyd edək ki, Şimali Koreya rəhbəri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Ce-in bu gün görüş keçirib və 70 illik münaqişəsin sona çatdırıldığı barədə sülh müqaviləsi imzalayıblar.