ABŞ prezidenti Donald Tramp seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun 7,5 il həbs edilməsinə münasibət bildirib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Manafortun həbsindən dərin təəssüf hissi keçirdiyini deyib:
“Mən Pol Manaforta görə çox narahatam. O, Ronald Reyqan üçün də uğurla çalışmışdı. Ona görə narahatam, düşünürəm, bu çox kədərli vəziyyətdir”.
Tramp, həmçinin, qeyd edib ki, Manafortun əfv edilməsi imkanı haqqında düşünmür.
Son xəbərlər
Son Xəbərlər