Trampdan müsəlmanlara Ramazan mesajı

trampdan-muselmanlara-ramazan-mesaji
Oxunma sayı: 4441

ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarına müqəddəs Ramazan ayı münasibətilə təbrik mesajı yollayıb.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, Ağ Ev rəhbəri həm ABŞ-dakı, həm də dünyanın digər ölkələrindəki müsəlmanlara bərəkətli və hüzurlu bir ay arzulayıb. Ramazanın yenilənmə və inancların möhkəmlənməsi üçün fürsət olduğunu bildirən Tramp deyib:

“Oruc tutub Quran oxumaq, köməyə ehtiyacı olanlara yardım etmək İslam inancının önə çıxardığı sülh, nəzakət, digərlərinə qarşı sevgi və hörmət kimi qlobal dəyərlərlə sıx bağlıdır.

Həm ABŞ-dakı, həm də bütün dünyadakı müsəlmanlara bərəkətli və hüzurlu Ramazan diləyirəm. Ramazan mübarək olsun”.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayır.