Trampdan müsəlmanları hiddətləndirən paylaşım - Video

trampdan-muselmanlari-hiddetlendiren-paylasim
Oxunma sayı: 2750

Müsəlmanlara qarşı aqressiv münasibəti ilə seçilən ABŞ prezidenti Donald Tramp Tvitter hesabında müsəlmanlara aid olduğu iddia edilən şiddət görüntülərini paylaşıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Tramp öncə radikal ingilis sağçı Cayda Fransen adlı istifadəçinin paylaşdığı videonu öz izləyiciləri ilə bölüşüb.

Videoda gənc oğlanın avropalı olduğu deyilən fiziki əngəlli birini döydüyü görüntülər yer alıb. C.Fransen hücum edən şəxsin müsəlman olduğunu iddia edib.

İkinci paylaşımdakı videoda isə uzun saqqallı bir kişinin “Məryəm ana” heykəlini qırması əks olunub.

Trampın 40 milyon izləyicisi olan hesabındakı bu paylaşımlara sərt etirazlar edilib. Bir çox istifadəçi onu müsəlmanlara qarşı nifrət oyatmaqda ittiham ediblər.