Trampdan neftlə bağlı açıqlama

trampdan-neftle-bagli-aciqlama
Oxunma sayı: 3408

“Neft qiymətləri aşağı səviyyədə uzun müddət qalmayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə günlük keçirilən mətbuat konfransında açıqlama verib:

“Bu, qısa müddətli bir hadisədir. Vəziyyət normallaşacaq və enerji sektorunda hər şey qaydasında olacaq”.

Trampın proqnozuna görə, neft qiymətləri bir ay ərzində yenidən 25-28 dollar səviyyəsinə qalxacaq.

Xatırladaq ki, ötən gün ərzində ABŞ-ın WTI markalı neftinin bir barrelinin qiyməti tarixində ilk dəfə sıfırın altına düşərək -39,55 dollara qədər düşmüşdü.