ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə əlaqələri olduğuna dair xəbərlərə Tvitter mikrobloqunda şərh verib.
“Qafqazinfo”nun məlumatına görə, prezident bunun cəfəndiyyat olduğunu söyləyib.
“Rusiya ilə əlaqələr haqqında cəfəngiyyat seçkiqabağı kampaniya zamanı Hillari Klinton tərəfindən edilmiş səhvləri gizlətmək məqsədi daşıyır”, - deyə D. Tramp yazıb.
Qeyd edək ki, ABŞ prezidenti seçkiqabağı kampaniya zamanı və inaqurasiyadan sonra Rusiya ilə münasibətlərə malik olmaqda təqsirləndirilib. “Trump Organization” şirkətinin Rusiyaya məxsus “Alfa bank”la həmişə əlaqələri olduğu iddia olunub.
Son xəbərlər
Son Xəbərlər