Donald Tramp ABŞ-ın eks-prezidenti Barak Obamaya qarşı ağır ittihamlar səsləndirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp “Fox” kanalına açıqlama verib.
Tramp mətbuata sızan məlumatların və ölkədə baş verən etiraz aksiyalarının arxasında Barak Obamanın durduğunu bildirib.
“Məncə mətbuata sızan məlumatların arxasında Obama var. Çünki onun adamları bu işlərin arxasındadır”,- deyə o, vurğulayıb.
Bundan əlavə Tramp ölkədə onun əleyhinə olan aksiyaların arxasında da Obamanın durduğunu iddia edib.
“Bunu anlayıram, çünki siyasət bir az da belədir. Ehtimal ki, bu, davam edəcək. Heç təəccüblənmədim. Axı Obamanın qalmasını istədiyi çoxlu diplomatı dəyişdirirəm”,- deyə ABŞ lideri qeyd edib.
Son xəbərlər
Son Xəbərlər