Trampdan Qətər böhranı ilə bağlı ilk açıqlama

trampdan-qeter-bohrani-ile-bagli-ilk-aciqlama
Oxunma sayı: 961

ABŞ prezidenti Donald Trampla Qətər ətrafında yaranmış böhranla bağlı ilk dəfə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bununla bağlı açıqlamasını tvitterdə yazıb:

“Yaxın Şərqə bu yaxınlarda etdiyim səfərim zamanı radikal ideologiyanın maliyyələşməməli olduğunu bəyan etdim. Liderlər Qətəri işarə etdilər”. 

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Yəmən, Liviya, Maldivlər və Mavriki Respublikası terrorizmi dəstəkləməkdə ittiham edərək Qətərlə bütün diplomatik əlaqələri kəsiblər.