Trampdan Rusiyaya xəbərdarlıq - “Venesueladan çıxın”

trampdan-rusiyaya-xeberdarliq
Oxunma sayı: 2436

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Venesuelaya iki təyyarə dolusu hərbi avadanlıq göndərən Rusiyaya xəbərdarlıq edib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydonun həyat yoldaşı Fabiana Rozaleslə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyaya “Venesueladan çıxın, bütün variantlar masadadır” deyə mesaj göndərib.

Tramp Quaydoya dəstək verməyə davam edəcəklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, 3 gün öncə Rusiyanın Venesuelaya 100-ə yaxın əsgər və 35 tona yaxın hərbi avadanlıq göndərdiyi bildirilir.