Trampdan Şimali Koreya ilə bağlı “ciddi münaqişə” proqnozu

trampdan-simali-koreya-ile-bagli-ciddi-munaqise-proqnozu
Oxunma sayı: 685

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə ciddi münaqişənin ola biləcəyini istisna etməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, amerikalı lider vurğulayıb ki, fikir ayrılığının diplomatik yolla həllinə üstünlük verir:

“Belə bir ehtimal var ki, bizim Şimali Koreya ilə ciddi münaqişəmiz ola bilər”. 

Bundan başqa, Tramp Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyaların hazırlığına başlanıldığını vurğulayıb: “Biz məsələləri diplomatiya ilə həll etmək istərdik, lakin bu, çox çətindir”.