ABŞ-ın dövlət borcu Donald Trampın prezidentliyi dövründə 2 trilyon artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xəbəri CNN telekanalı ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən yayıb. Bildirilir ki, hazırda ABŞ-ın borcu 2 trilyon artaraq 21,974 trilyona çatıb.
Telekanal onu da qeyd edir ki, dövlət borcu 2008-ci ildə maliyyə böhranından sonra sürətlə artmağa başlasa da, məbləğ Donald Tramp hakimiyyətə gəldikdən sonra azalıb. Lakin aparılan vergi islahatları 2017-ci ilin sonunda dövlətin borcunun yenidən artmasına səbəb olub.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər