Trampı prezident kimi qorumağa çağırdılar

trampi-prezident-kimi-qorumaga-cagirdilar
Oxunma sayı: 1320

ABŞ Konqresindəki Respublikaçılar Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampı hazırkı Amerika lideri Co Bayden kimi təhlükəsizlik və müdafiə ilə təmin etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilir ki, müraciətdə respublikaçılar, həmçinin Məxfi Xidmətdən Trampa qarşı sui-qəsd cəhdləri ilə bağlı Konqres üzvlərindən xüsusi brifinq keçirməyi xahiş ediblər.

Xatırladaq ki, Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb. 

İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.