“Trampı restoranıma buraxmaram” - Yenə prezidentə sataşdı

trampi-restoranima-buraxmaram
Oxunma sayı: 2510

“Oskar” mükafatçısı Robert De Niro ABŞ prezidenti Donald Trampla bağlı qalmaqallı açıqlama verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, aktyor-rejissor Trampın olduğu yerdə bir dəqiqə belə qala bilməyəcəyini, onu hətta restoranına buraxmayacağını deyib:

“O mənim restoranıma gəlsə, mən oranı tərk edərəm. Onu restoranlarımın heç birinə buraxmaram”.

Restoranlar şəbəkəsinin sahibi olan De Nirodan fərqli olaraq, biznes-tərəfdaşı və “Nobu” restoranının baş aşbazı Matsuhisa aktyorla prezidenti yan-yana görmək istədiyini deyib. 

Xatırladaq ki, De Niro daha əvvəl də Trampın ünvanına sərt sözlər səsləndirmiş, onu “axmaq” adlandırmışdı.