Trampın 58 mərtəbəli binasında yanğın - Yaralılar var + Video

trampin-58-mertebeli-binasinda-yangin
Oxunma sayı: 1495

ABŞ prezidenti Donald Trampın Nyu-Yorkdakı 58 mərtəbəli “Tramp Tower” adlı binasında yanğın çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın binanın ən üst mərtəbəsindən başlayıb.

Hadisə zamanı 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Yanğının elektrik xətlərindəki nasazlıqdan çıxdığı ehtimal edilir.

Yanğın qısa zamanda söndürülüb.