ABŞ-da prezident Donald Trampın immiqrasiya fərmanı ötən gün qüvvəyə minib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-a 90 günlük giriş qadağası 6 ölkənin – İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən - vətəndaşları üçün tətbiq edilməyə başlayıb.
Lakin Ali Məhkəmənin qərarına əsasən, məhdudiyyətlər ABŞ-da yaxın qohumu, biznesi, mövcud viza və ya vətəndaşlığı olanlara, həmçinin ölkədə oxumuş və oxuyanlara şamil edilməyəcək.
Bundan başqa, qaçqınların qəbuluna qoyulan 120 günlük qadağa da qüvvəyə minib.
Son xəbərlər
Son Xəbərlər