Trampın andiçmə mərasimində iştirak etməyəcək

trampin-andicme-merasiminde-istirak-etmeyecek
Oxunma sayı: 2534

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”, - deyə Havaşi bildirib.