Trampın COVID-19-dan müalicəsi neçəyə başa gəlib?

trampin-covid-19-dan-mualicesi-neceye-basa-gelib
Oxunma sayı: 4592

ABŞ Prezidenti Donald Trampın üç gün ərzində koronavirus infeksiyasından müalicəsinə 100 min dollardan çox vəsait xərclənib. “Qafqazinfo” bildirir ki, bu qiymətləndirməni “The New York Times” qəzeti dərc edib.

Nəşr hesablamalara yeni növ koronavirus analizlərinin, əkscismlərə əsaslanan müxtəlif zərdabların tətbiqini, həmçinin Uolter Rid adına Tibb Mərkəzində gündəlik qalma qiymətini daxil edib. Qəzet Prezidentin vertolyotla Ağ Evdən mərkəzə və əks istiqamətdə aparılması xərcini də həmin məbləğə daxil edib. Bundan başqa, standart tibbi sığortanın təsiri altına düşməyən prosedurlar və ya dərmanlar üçün nəzərdə tutulmayan xərclər də nəzərə alınıb. Materialda izah olunur ki, belə hallarda ABŞ-da müalicə dəyəri əhəmiyyətli dərəcədə artır.

Qiymətləndirmə sırf ABŞ səhiyyə sisteminin spesifikliyi və nüansları əsasında təqdim olunub.

Qeyd edək ki, Tramp oktyabrın 2-nə keçən gecə tvitterdə bildirmişdi ki, onda və həyat yoldaşı Melanyada koronavirus aşkarlanıb. Həmin gün dövlət başçısı Uolter Rid adına Tibb Mərkəzinə gəlmiş, bazar ertəsi oranı tərk etmişdi. Amerikalı lideri müalicə edən həkim Şon Konli çərşənbə günü bildirmişdi ki, Prezidentdə son sutka ərzində koronavirus simptomları müşahidə olunmur.