Trampın da pul ayırdığı gözəllik müsabiqəsindən maraqlı faktlar

trampin-da-pul-ayirdigi-gozellik-musabiqesinden-maraqli-faktlar
Oxunma sayı: 4320

Bu il 63-cü dəfə təşkil olunan “Miss kainat” müsabiqəsi illər ərzində gözəllik anlayışının necə dəyişdiyinin açıq göstəricisidir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 50-ci illərdən bu yana bədən ölçüləri- boy, çəki baxımından gözəllər üçün tələb olunan standart rəqəmlərdə müəyyən dəyişikliklər olub.

Gözəllik müsabiqəsi 1952-ci ildə Kaliforniyada fəaliyyət göstərən geyim firması tərəfindən təşkil olunmağa başlayıb.

1970-ci illərdən 1990-cı illərə kimi müsabiqə 1 ay müddətinə davam edirmiş. Həm də bu illərdə qaliblərin boy ölçüsü də artmağa başlayıb. 1980-cı illərdən sonra isə daha cəlbedici və idmanla məşğul olan qızlar ön plana çıxıb. Bu illər ərzində müsabiqə qaliblərinin çəkisi 55 kiloqramdan aşağı olub.

Müsabiqə üçün yaş ortalaması 20 olsa da, 1997-ci ildə 26, 2011-ci ildə isə 25 yaşlı gözəllər tac sahibi ola biliblər.

1990-cı illərdən sonra isə gözəllər üçün şərtlər bir az da ağırlaşdırılıb və gözəllər üçün bel incəliyi, düz qamət və bir çox yeni tələblər qoyulub. Hətta 1998-ci ildə qalib gəlmiş Tirinidad Tobagolu gözəl Vendinin boyu 182 sm idi.

Müsabiqə təşkilatçıları hər zaman qaliblərin gözəlliyindən başqa ağıl və zərafətinə də diqqət yetirdiklərini desələr də, 2011-ci ildə keçmiş münsif “Forbes” jurnalına açıqlamasında gözəlləri sadəcə xarici görünüşünə görə seçdiklərini etiraf edib.

ABŞ-da prezident seçkilərinin ən güclü namizədi, milyarder Donald Tramp 1996-ci ildə müsabiqənin təşkilatçılarına ortaq olub. Daha sonra isə 2015-ci ildə təşkilatçı şirkətin səhmlərini tamam alsa da, bir müddət sonra satmalı olub.

Son olaraq ötən il qalibin səhv təqdim olunması ilə müsabiqə media gündəmini zəbt etdi. Ancaq bunun sırf reklam xətrinə edildiyini deyənlər də az olmadı.

Günel Hacı