ABŞ Prezidenti Donald Trampın koronavirusa qarşı ən çox təriflədiyi malyariya dərmanı hidroksixloroxin Ağ Evdə fikir ayrılığına səbəb olub.
“Qafqazinfo” ABŞ mətbuatına istinadən xəbər verir ki, Biotibbi Yüksək Araşdırma və İnkişaf İdarəsi (BARDA) direktoru Rik Brayt Trampın dəstəklədiyi və tibbi mübahisələrə səbəb olan malyariya dərmanı hidroksixloroxin səbəbindən işdən qovulduğunu açıqlayıb:
“Hidroksixloroxin almaq üçün mənə təzyiq olunurdu və Prezidentin həll edici kimi tanıtdığı dərman pereparatı barədə də bir qeyri-müəyyənlik var idi. Mən hökumətin belə bir dərmana bu qədər vəsait xərclənməsinə qarşı çıxdım”.
Qeyd olunub ki, Dr. Rik Brayt vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Milli Səhiyyə İnstitutunda yeni vəzifəyə təyin edilib.
“Səsimi çıxardım, çünki bilirəm ki, ölümcül bir virusa qarşı siyasət və ya adam qovdurmaqla mübarizə aparmaq olmaz. Mən elmlə yol göstərilməsinə inanıram”,- deyə Brayt sözlərinə əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl Amerika lideri malyariyaya qarşı istifadə olunan hidroksixloroxin və antibiotik kimi istifadə olunan azitromisin pereparatlarının koronavirusa qarşı sınaq kimi istifadə edilməsini tövsiyə etmişdi.
Son xəbərlər
Son Xəbərlər