Trampın hesabları bu tarixədək bağlı olacaq

trampin-hesablari-bu-tarixedek-bagli-olacaq
Oxunma sayı: 1825

ABŞ-ın sabiq Prezidenti Donald Trampın feysbuk və instagram hesabları 2023-cü ilə qədər açılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə feysbuk platforması məlumat verib. Şirkətin saytındakı paylaşıma əsasən, Tramp yalnız “ictimai təhlükəsizlik riski” azaldığı təqdirdə 7 yanvar 2023-cü ildən sonra sosial media hesablarına qayıda biləcək.

Şirkət Trampın hesablarının həmin tarixə qədər ictimai təhlükəsizlik üçün risk olub-olmadığını yenidən nəzərdən keçirəcəyini qeyd edib: “Əgər ictimai təhlükəsizlik üçün hələ də ciddi bir risk olduğunu müəyyən etsək, məhdudiyyəti müəyyən bir müddətə uzadacağıq və bu risk azalana qədər yenidən qiymətləndirməyə davam edəcəyik”.