ABŞ prezidenti Donald Tramp vəzifəsinə başladığı ilk gündə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Virciniyadakı mərkəzini ziyarət edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp səfəri zamanı ABŞ kəşfiyyat qurumları ilə arasında problemin olmadığını vurğulayıb.
MKİ əməkdaşları ilə görüşən Tramp “İlk səfərimin bura olmasının səbəbini bilirsiniz. Media ilə müharibədəyəm. Kəşfiyyat qurumları ilə aramda kin olduğunu deyirlər. Burada olmağım iddiaların tam əksini göstərir. Mən 1000 faiz sizinləyəm. Arxanızdayam”,-deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər