Trampın impiçment prosesi bu tarixdə başlayacaq

trampin-impicment-prosesi-bu-tarixde-baslayacaq
Oxunma sayı: 964

ABŞ Konqresinin Senatı keçmiş Prezident Donald Trampın impiçmenti çərçivəsində ilkin prosedurların həyata keçirilməsinin reqlamenti haqqında qətnamə qəbul edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib. Respublikaçıya qarşı prosesin özü fevralın 9-da başlayacaq.

Qətnamənin təsdiqinə 83 senator səs verib, 17 isə əleyhinə çıxıb. Ölkənin qanunverici orqanının yuxarı palatasının iclasını Amerika teleşirkətləri canlı yayımlayıb.  Qətnamənin qəbul edilməsindən sonra Senatdakı demokrat çoxluğun lideri Çak Şumer (Nyu-York ştatından) bu sənədin müddəalarına uyğun olaraq, Trampın impiçment prosesinin fevralın 9-da yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 22:00-da-red.) bərpa etməyi təklif edib. Bu təklif yekdilliklə qəbul edilib.

Trampın impiçmenti haqqında qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən yanvarın 13-də qəbul edilib, ötən bazar ertəsi konqresmenlər sənədi Senata təqdim edib. Qətnamədə cəmi bir ittiham maddəsi var - üsyana təhrik.