Xəbər verdiyimiz kimi, ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Amerikanın yeni lideri and içərək vəzifəsinin icrasına başlayıb.
Onun inauqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Co Bayden, Bill Klinton, Barak Obama, seçkilərdəki rəqibi Kamal Harris də iştirak edib.
Onu da bildirək ki, bu gün həmçinin ölkənin yeni vitse-prezidenti Ceyms Devid Vens də and içib.
Andiçmə mərasimindən fotoları təqdim edirik: