Trampın İranla bağlı qərarından sonra neft bahalaşdı

trampin-iranla-bagli-qerarindan-sonra-neft-bahalasdi
Oxunma sayı: 4783

ABŞ Prezidenti Donald Trampın İran hərbi donanmalarını vurmaq əmrindən sonra dünya birjasında neftin qiymətində bahalaşma müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinə olan iyun fyuçersinin qiyməti 11,88 faiz artaraq  22,79 dollar olub.

Nyu-York birjasında WTI markalı neftin qiyməti isə 13,93 faiz artaraq hazırda 15,70 dollardan satılır.

Xatırladaq ki, Tramp ötən gün tvitter səhifəsində yazıb: “ABŞ donanmasına dənizdə gəmilərimizə qarşı hər hansı maneələr törədərlərsə, İranın bütün silahlı gəmilərinə, katerlərinə atəş açmaq və məhv etmək təlimatını verdim”.

Trampın bu tvitinə İran tərəfinin cavabı da gecikməyib. Belə ki, “İRNA” agentliyinə açıqlama verən ali rütbəli şəxs “Amerika əvvəlcə silahlı qüvvələrini koronavirusdan qorumağa fikrini toplasın” cavabını verib.