Trampın keçmiş köməkçisi məhkəmə qarşısına çıxacaq

trampin-kecmis-komekcisi-mehkeme-qarsisina-cixacaq
Oxunma sayı: 911

ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi Stiven Bennon və daha üç nəfər dələduzluq və donorların külli miqdarda pulunun mənimsəməsi ittihamları əsasında həbs olunublar.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Nyu-York ştatının Cənubi dairə prokurorluğunun saytındakı məlumatda deyilir.

“Bennon bu gün Nyu-Yorkun Cənubi Dairə Məhkəməsi qarşısına çıxacaq”, - məlumatda qeyd olunub.