Trampın keçmiş müşavirini 50 ilədək həbs gözləyir

trampin-kecmis-musavirini-50-iledek-hebs-gozleyir
Oxunma sayı: 940

ABŞ prezidenti Donald Trampın keçmiş siyasi müşaviri Rocer Stoun ona qarşı irəli sürülmüş 7 ittiham aktı üzrə günahkar bilinib.

“Qafqazinfo” “CBS”yə istinadən xəbər verir ki, məhkəmə təhqiqatlarının gedişində Stounun Rusiyanın  2016-cı il prezident seçkilərinə müdaxiləsi haqda istintaq gedişində Konqresə yalan ifadə verdiyi üzə çıxıb. 

Bundan başqa, onun Hillari Klintonun nüfuzunu zədələməkdən ötrü Demokratlar partiyasının üzvlərinin məktublarını “WikiLeaks”ə ötürdüyü məlum olub. 
Trampın keçmiş müşaviri şahidlərə təzyiq göstərməkdə də ittiham edilir.

Bütün bunlardan sonra Stounun 50 ilədək azadlıqdan məhrum edilməsi gözlənilir.