Trampın kürəkəninə məxsus şirkət cərimələnib

trampin-kurekenine-mexsus-sirket-cerimelenib
Oxunma sayı: 859

ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerin ailəsinə məxsus şirkət cərimələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kuşner ailəsinə məxsus daşınmaz əmlak şirkətinin tikinti işlərinin həyata keçirilməsi üçün sənədləri saxtalaşdırdığı məlum olub. Bu qanunsuzluğa görə şirkət 210 min dollar cərimələnib. Bildirilir ki, Nyu-York Daşınmaz Əmlak Departamanti onlara təqdim edilən ərizədə 42 pozuntu halı aşkarlayıb. Belə ki, Kuşnerin şirkəti sənədlərdə onlara məxsus evlərdə yaşayış olmadığını qeyd edib və ya müqavilələrdə kirayə ödənişi barədə maddə olmadığını göstərib.

Aysel Kərimova