Trampın məşhur qohumu Baydeni dəstəklədi

trampin-meshur-qohumu-baydeni-destekledi
Oxunma sayı: 2843

Dünyaca məşhur model Karli Kloss Donald Tramp admistirasiyasını yenidən tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, İvanka Trampın qayını Coş Kuşnerlə evli olan Karli açıq-aşkar Co Baydeni dəstəkləyib və demokratik seçkilərə kölgə salanları qınayıb.

O, Konqres binasına hücum edən şəxsləri və təşkilatçılarını xalqa qarşı çıxanlar kimi qələmə verib.

“Qanuni demokratik seçki nəticələrini qəbul etmək vətənpərvərlikdir. Seçkiləri rədd və şiddəti təhrik etmək Amerikaya qarşı çıxmaq deməkdir”,- deyə Kloss tvitter səhifəsində bildirib.

Qeyd edək ki, Karli dəfələrlə Tramp ailəsi ilə münasibət qurmaqda çətinlik çəkdiyini açıqlayıb.