Trampın mətbuat katibi bu sözlərə görə üzr istədi

trampin-metbuat-katibi-bu-sozlere-gore-uzr-istedi
Oxunma sayı: 693

ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsəd haqqında işlətdiyi sözlərə görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. O, öz açıqlamasını yersiz adlandırıb. 

Belə ki, Şon Spayser, daha əvvəl “Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik... Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, - deyə tvitter hesabında açıqlama vermişdi.