Amerikalı milyarder Ceffri Epşteyn Nyu-York polisi tərəfindən saxlanılıb. “Qafqazinfo” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, biznesmen seksual istismar məqsədi ilə insan satmaqda ittiham olunur.
Mənbənin məlumatına görə, milyarder iyulun 8-də məhkəmə qarşısına çıxarılacaq. “CBS” telekanalı bildirir ki, Epşteyn Nyu-Cersi ştatının Teteboro hava limanında, Parisdən qayıdarkən saxlanılıb.
Epşteynin ABŞ prezidenti Donald Tramp, eləcə də ölkənin sabiq lideri Bill Klintonla dost münasibətində olduğu bildirilir.
Xatırladaq ki, Epşteyn 2008-ci ildə həddi-buluğa çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunaraq, 13 ay həbs cəzası almışdı.
Son xəbərlər
Son Xəbərlər